Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - VİDEO-YENİLƏNİB

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədovmətbuat konfransında UFC 229 turnirində çempion kəməri adı uğrunda Konor Makqreqor üzərindəki qələbədən sonra hərəkətlərinə görə üzrxahlıq edib.

Mynews.az-ın xəbərinə görə, idmançı bütün Las-Veqasdan, o cümlədən komissiya üzvlərində üzr istəyib.

“Bu pisdir, lakin kiminsə mənim dinim və atam haqqında danışdığı zaman insanlar məni necə qınaya bilərlər. MMA təhqirlə dolu idman növü deyil, burada idmançılar bir-birlərinə hörmətlə  yanaşırlar. Mən istəyirəm ki, belə olsun, bu oyunu dəyişmək istəyirəm”, - Nurməhəmmədov deyib.

İdmançı həmçinin qeyd edib ki, evə qayıdanda atası onu cəzalandıracaq. 

“Lakin mən məğlubedilməzəm, mən çempionam”, - deyə o yekunlaşdırıb.

11:47

Bu gün keçirilən UFC döyüşündən sonra tərəflər oktaqondan kənarda da gücünü göstərməyə çalışıb.

Mynews.az xəbər verir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoruboğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...