Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Faiq Qarayevin Yaponiyada halı pisləşib

Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.

Mynews.az xəbər verir ki, təcrübəli mütəxəssisin İtaliyaya 0:3 uduzduqları görüşün gedişində halı pisləşib və o, arenanı tərk etməyə məhkum olub. Onu oyunda köməkçisi əvəzləyib.

Əldə etdiyimiz son məlumata görə, o hazırda həkim nəzarəti altındadır. Faiq Qarayevin millimizi Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.

Qeyd edək ki, Faiq Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...