Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Makqreqora məğlub olmuş idmançı Nurməhəmmədovu döymək istəyir

Amerikalı MMA döyüşçüsü Neyt Dias UFC çempionu Həbib Nurməhəmmədovu öz rəqibi kimi görmək istəyir.

Mynews.az xəbər verir ki, Dias bu barədə belə deyib:

“Hazır olsa, Həbiblə mübarizə apararam”.

Onu da bildirək ki, Diasın UFC-dəki növbəti döyüşünün noyabrın 3-də olacağı planlaşdırılmışdı. Lakin onun rəqibi Dastin Pörye zədələndiyindən həmin döyüş baş tutmayacaq.

Qeyd edək ki, Neyt Dias oktaqonda iki dəfə Konor Makqreqorla qarşılaşıb. İlk döyüşdə amerikalı Makqreqoru təslim olmağa məcbur edib. İkinci döyüşdə isə o, hakimlərin qərarına əsasən irlanda uduzub. Məğlubedilməz Həbib Nurməhəmmədovdan fərqli olaraq, onun aktivində 19 qələbə və 11 məğlubiyyət var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...