Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Formula-1” başqa çempionatla birləşdirilə bilər

Gələcəkdə “Formula-1” və “Formula-E” çempionatları vahid seriyada birləşə bilər.

Mynews.az xəbər verir ki, bunu 2016-cı ilin “Formula-1” çempionu Niko Rosberq bildirib: 

“Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz “Formula-E” yarışlarının “Formula-1”dən məşhur olacağını görməyək. “Formula-1”in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək.

“Formula-1” üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda “Formula-1” üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur”.

Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə “Formula-1”də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra “Formula-E” çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...