Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nurməhəmmədovun meneceri ilə 50 Cent arasında gərginlik - FOTO

Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov meneceri Əli Abdel-Əzizi reper 50 Cent-lə münaqişədə müdafiə edib.

Mynews.az xəbər verir ki, reperin Həbibin Bellator döyüşlərində iştirak etməsi üçün təklif etdiyi iki milyon dollara ərəb menecer belə cavab vermişdi:

“İki milyona reper ancaq Həbibə “Coca-Cola” şüşəsi aça bilər. Həbib 50 milyon dollardan aşağı UFC-ni tərk etməyəcək”.

Məşhur amerikalı reper isə Abdel-Əzizin həmin müsahibəsindən şəklini “Instagram”da yerləşdirərək, ona belə cavab verib:

“Təmsilçiliyin daha bir pis nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pullardan danışır”.

Həbib Nurməhəmmədov isə bu postun altında yazıb:

“Heç vaxt qardaşım haqda pis danışma”.

Menecer də bu posta şərh yazıb:

“Mənimlə danışmaq istəyirsənsə, məni “tag” edə bilərsən. Sən iki milyon dedin, amma Həbib bu klounu (Konor Makqreqoru nəzərdə tutur – S.M.) döyməzdən qabaq 15 milyon qazanıb. Düşünürsən ki, iki milyon verməklə diqqəti özünə cəlb edəcəksən. Sənin üçün pis deyil”.

Bundan sonra 50 Cent bu postu silib.

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...