Həbib Konorun revanş təklifinə cavab verdi
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşünə görə 15 milyon dollardan imtina edib.
Mynews.az-ın xəbərinə görə, bu barədə rusiyalı döyüşçünün əmisi Aleks Nurməhəmmədov danışıb.
“Konorla revanş döyüşü mümkündürmü? Xeyr. Bu Həbibə maraqlı deyil. Həbib Konorla heç bir pul müqabilində döyüşməyəcək. Bəli, mən bilirəm ki, onlar Həbibə revanş döyüşü təklif edirlər. Həbib razılaşaydı, döyüşdən əvvəl 15 milyon dollar alacaqdır. Lakin o “yox” dedi. Konor növbəyə dayansın, digərləri ilə döyüşsün. Həbib isə Meyvezerlə döyüşüb, karyerasını bitirmək niyyətindədir”, - Aleks Nurməhəmmədov deyib.
Xatırladaq ki, oktyabrın 6-da Həbib Nurməhəmmədov UFC-də çempion titulunu qoruyub. Həbib dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.
Döyüşdən sonra rusiyalı oktanqonu tərk edərək Konorun komandasının üzvləri ilə dalaşıb. UFC dağıstanlı döyüşçüyə qarşı sanksiya tətbiq edəcəyini bəyən edib.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1116 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1100 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1099 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1044 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1036 dəfə oxunub