Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əli İsmayılov: Həbib elə bilir ki, Meyvezer qocalıb

Sabiq boksçumuz Əli İsmayılov UFC çempionu Həbib Nurməhəmmədovla Floyd Meyvezerin gözlənilən döyüşünə münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında qeyd edib ki, görüş maraqlı olacaq:

“Açığı, mən bu haqda bilmirdim. Amma belə olsa, maraqlı görüş olacaq. Düşünürəm ki, hər şey görüşün harada baş tutmasından asılıdır. Əgər döyüş rinqdə olsa, o zaman əminliklə Meyvezerin qalib gələcəyini deyə bilərəm.

Həbib elə bilir ki, Meyvezer qocalıb deyə onu uda bilər. Amma belə deyil. Meyvezer boksda mütləq çempiondur. Onu rinqdə məğlub etmək çətin məsələdir. Ancaq döyüş UFC qaydaları ilə keçirilərsə, təbii ki, bu, Həbib üçün üstünlük olacaq. Çünki o, parter vəziyyətlərində, güləş fəndlərində daha yaxşıdır”.

Qeyd edək ki, hər iki idmançı öz döyüş növlərində hələlik məğlubedilməz imicini qoruyub saxlayırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...