Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata Nurməhəmmədov Makqreqoru oğlunun evinə dəvət etdi - VİDEO

UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov Konor Makqreqoru Dağıstana - oğlunun evinə dəvət edib.

Mynews.az xəbər verir ki, bunu ata Nurməhəmmədov “Facebook”da canlı yayım zamanı deyib:

“Hər şeyi bağışlayıram. Ürəyiyumşaq olmaq lazımdır”.

Həmçinin böyük Nurməhəmmədov Makqreqoru Dağıstanda keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib. Bu yarış dekabrın 15-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək. Əbdülmanaf bildirib ki, onu o yarışda fəxri qonaq qismində görməkdən şad olarlar.

Sonda Əbdülmanaf Nurməhəmmədov fərqli ölkələrdə məşqçi işləyən sabiq yetirmələrindən yarışa güclü komandalar gətirmələrini xahiş edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...