Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadın güləşçi dünya üçüncüsü oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.

Mynews.az xəbər verir ki, İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb.

İrina oktyabrın 24-də bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...