Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Neftçi” – “Qarabağ”: Azərbaycan çempionluğunu həll edən görüş - PREVYU

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. 

Mynews.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Çempionatın debütantı “Sabah” Masazırda autsayder “Zirə”ni sınağa çəkəcək. Turnir cədvəlində qonşu olan “Sumqayıt”la “Qəbələ” isə Mərdəkanda üz-üzə gələcək.

Turun daha iki görüşü Bakıda olacaq. Təbii ki, turun mərkəzi görüşü “Neftçi” – “Qarabağ” oyunu olacaq. Bu komandaların “Azərsun Arena”da keçirilən ilk görüşü 1:1 başa çatmışdı.

“Qarabağ” bu matçda qalib gəlməklə əsas rəqibi ilə xallarını bərabərləşdirə bilər. Amma “Qarabağ”a turnir cədvəlinin lideri olmaq üçün dörd top fərqli qələbə qazanması lazımdır.

Hər iki komanda son turda xal qazana bilmədiklərindən, matçın daha da maraqlı keçəcəyi gözlənilir. Bu görüş Azərbaycan çempionluğunun taleyi baxımından həlledici sayılır.

27 oktyabr

16:00 “Sabah” – “Zirə”
“Əlincə Arena”. Baş hakim: Vüqar Həsənli

18:00 “Sumqayıt” – “Qəbələ”
“Dalğa Arena”. Baş hakim: Orxan Məmmədov

28 oktyabr

15:00 “Səbail” – “Keşlə”
“Bayıl Arena”. Baş hakim: İnqilab Məmmədov

17:00 “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”. Baş hakim: Əliyar Ağayev

Turnir cədvəli

1. “Neftçi” 8 oyun 19 xal

2. “Qarabağ” 7 oyun 16 xal

3. “Səbail” 8 oyun 13 xal

4. “Sabah” 8 oyun 13 xal

5. “Sumqayıt” 8 oyun 10 xal

6. “Qəbələ” 8 oyun 8 xal

7. “Keşlə” 7 oyun 5 xal

8. “Zirə” 8 oyun 4 xal

Bombardirlər: Marko Deviç (“Sabah”) – 5 qol, Baqaliy Dabo (“Neftçi”), İnosent Emeqara (“Qarabağ”) – hər ikisi 4 qol.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...