Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İslam Abbasov bürünc medalı erməni rəqibinə uduzdu - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasovmedal qazana bilməyib.

Mynews.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə Ermənistan güləşçisi Artur Şahinyana uduzub.

İlk hissəsi 1:1 başa çatan görüşdə Şahinyan daha beş xal qazanaraq bürünc medala sahib çıxıb.

Gənclər arasında ikiqat dünya çempionumuz olan İslam Abbasov döşəyi ağlayaraq tərk edib.

Bu, cari dünya çempionatında Ermənistan güləşçilərinə ilk məğlubiyyətimiz sayılır. Bundan əvvəl yunan-Roma güləşində Taleh Məmmədov və Kamran Məmmədov erməni rəqiblərinə qalib gəliblər. Kamran Məmmədovun sözügedən qələbəsinin videosunu təqdim edirik.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...