Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, qadınların yarışında Alyona Kolesnik (-57 kq) bürünc medal görüşündə monqolustanlı Tserençimed Suxeeyə 3:11 hesabı ilə uduzaraq medalsız qalıb.

Bolqarıstanlı legionerimiz Elis Manolova (-65 kq) isə finalda yaponiyalı Ayana Qempeyə 3:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. Dörd idmançı ilə mübarizə aparmış qadın millimiz bununla da dünya çempionatını bir gümüş medalla tamamlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...