Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz ilin son turnirindən üç medalla qayıdır - FOTOLAR

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən üç medalla dönür. 

Mynews.az xəbər verir ki, daha iki idmançımız – 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan ukraynalı Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər Liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

Qeyd edək ki, daha əvvəl bu yarışın ilk günündə 16-17 yaşlı yeniyetmələrdə Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olduğunu Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamışdı.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...