Rusiyalı xanım “Kəpəz”in futbolçusundan oğlunu qəbul etməyi tələb edir - FOTOLAR
Mynews.az xəbər verir ki, azerisport.com-un redaksiyasına Vladiqafqazdan olan Anjelika Kesayeva müraciət edib. Müraciətində o, Azərbaycanın "Kəpəz” futbol klubunun hücumçusu Tural Rzayevdən şikayət edib.
Anjelika iddia edir ki, Rzayev ilə vətəndaş nikahında olub. Bu nikahdan oğlu dünyaya gəlib, amma futbolçu Ruslan adlı oğlunu qəbul etmək istəmir.
"Biz bir müddət görüşdük. Mən Bakıya gəlmişdim. Sonra o, mənim yanıma Rusiyaya gəldi. Həmin dövrdə mən Soçidə yaşayırdım. Daha sonra biz Tunisə istirahətə getdik. İstirahətdən sonra o, Bakıya, mən isə Soçiyə qayıtdım. İki həftə keçdikdən sonra isə hamilə olduğumu öyrəndim. Hamiləlik boyu depressiya keçirdim, belə ki, o, abort etdirməyimi istəyirdi. Amma mənim üçün abort günahdır!
O, məni və oğlumu valideynlərindən gizlədir, səbəb isə azərbaycanlı olmamağımdır. O anlamalıdır ki, bu, pişik balası deyil, onun bir oğlu var! O, anasının reaksiyasından qorxur. Düşünürəm ki, 23 yaşında artıq öz hərəkətlərinə cavabdeh olmalısan. Mən problemi həll etməyə, övladımın tərbiyə olunmasına və ata qayğısından kənar qalmaması üçün çalışdım. O, cavab verdi ki, mən azərbaycanlı deyiləm və bu səbəbdən də onun ailəsi məni qəbul etməyəcək.
Uşağın günahı nədir? Ona ata qayğısı lazımdır. Sabah Ruslanın bir ayı tamam olacaq. Mən bu uşağın varlığından Turalın anasının xəbərdar olmasını istəyirəm”, - Anjelika Kesayeva deyib.
Kesayeva həmçinin bəyan edib ki, lazım olarsa, DNT testi də etdirər.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1101 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1088 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1088 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1085 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 987 dəfə oxunub