Azərbaycanda üç futbol komandası ləğv olundu

AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.
Mynews.az xəbər verir ki, ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.
AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov saytımıza açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
“Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.
Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.
İdman
- "Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlandı
- "Qarabağ" "Fənərbaxça"nın ulduzunu transfer etdi
- Ronaldo ilin ən yaxşı futbolçusu seçildi
- Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
- Millimizin futbolçusu həbs edildi - SON DƏQİQƏ
- 14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 921 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 919 dəfə oxunub
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır 901 dəfə oxunub
- “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb 595 dəfə oxunub
- Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən açıqlama - VİDEO 594 dəfə oxunub