14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.
Həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.
O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən Aydın Süleymanlı təəssüratlarını bölüşüb: "Qalib gəldiyim üçün sevincliyəm. Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonu onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".
Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.
İdman
- "Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlandı
- "Qarabağ" "Fənərbaxça"nın ulduzunu transfer etdi
- Ronaldo ilin ən yaxşı futbolçusu seçildi
- Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
- Millimizin futbolçusu həbs edildi - SON DƏQİQƏ
- 14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 929 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 920 dəfə oxunub
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 918 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 915 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 913 dəfə oxunub