Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Neftçi" yubileyi qələbəylə qeyd etdi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun daha bir oyunu keçirilib.

"Neftçi" komandası 80 illik yubileyinə təsadüf edən görüşdə "İnter"lə qarşılaşıb.

"Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.

"Neftçi" "İnter"lə oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Rəmzi olaraq saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...