Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Timsah futbolçunu parçaladı - FOTO

Futbolçu timsah tərəfindən parçalanıb. Fanat.Az xəbər verir ki, hadisə Mozambikdə baş verib.

19 yaşlı "Atletiko Mineyro de Tete" adlı həvəskar klubun formasını geyinən Estevao Alberto Gino Zambezi çayının sahilində qaçarkən timsahın hücumuna məruz qalıb və həyatını itirib. 

Faktı futbolçunun klubu təsdiqləyib. Baş məşqçi Edi Karvalyo "O Tempo"ya açıqlamasında "Bir anda sudan çıxan timsah futbolçumuzun ayağından yapışıb və sonra suya girib. İki dostu onun qışqırtısını eşidəndə çox qorxub. Amma bu anda heç nə edə bilməzdilər. Timsah 5 metr uzunluğunda olub" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...