"Qarabağ" "Fənərbaxça"nın ulduzunu transfer etdi

Bir müddətdir adı "Qarabağ”la çəkilən Alpər Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edilib.
Mynews.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet” nəşri məlumat yayıb. Məlimata görə, Ağdam klubu bir müddətdi oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında "Qarabağ”da çıxış edəcəyi bildirilir.
Türkiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi "Rizəspor” istəsə də, Potuk karyerasını "Qarabağ”da davam etdirmək istəyib. "Fənərbaxça”da illik 1,2 milyon avro qazanan Alpərə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq "Köhlən atlar”ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar "Fənərbaxça” tərəfindən qarşılanacaq.
Xəbərdə qeyd edilib ki, "Qarabağ” eyni zamanda oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.
Qeyd edək ki, Alpər Potuk karyerasına "Əskişəhərspor"da başlayıb. O, 2013-cü ilin yayında 7,25 milyon avroya "Fənərbaxça"ya transfer olunub. 2014-cü ildə Super Liqanın və Türkiyə Super Kubokunun qalibi olan futbolçu cari mövsümdə 8 rəsmi oyuna çıxaraq 372 dəqiqə oynayıb. Alpər Potuk 2021-ci ildən dəvət aldığı Türkiyə millisinin heyətində 17 oyuna çıxaraq 1 qol vurub.
İdman
- "Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı açıqlandı
- "Qarabağ" "Fənərbaxça"nın ulduzunu transfer etdi
- Ronaldo ilin ən yaxşı futbolçusu seçildi
- Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
- Millimizin futbolçusu həbs edildi - SON DƏQİQƏ
- 14 yaşlı şahmatçımız dünya çempionu oldu - “Şah” təbrik etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 929 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 920 dəfə oxunub
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 918 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 915 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 913 dəfə oxunub