Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan-Almaniya matçının hakimləri bəlli oldu

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya  oyununun hakimləri müəyyənləşib.

APA-nın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, UEFA martın 26-də baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb.

Qarşılaşmanı Daniele Orsato idarə edəcək, ona Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi Marko Quida olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...