Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldo azərbaycanlı futbolçuya cavab verdi

Mynews.az xəbər verir ki, Daei sosial şəbəkə hesabında bu sözləri yazıb: "Millidə ən çox qol vuran futbolçu rekorduna sahib çıxmaqdan bir qolun ayırdığı Ronaldunu təbrik edirəm. Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştiano böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir".

Ronaldo isə təbriki bu cür cavablandırıb: “Həqiqi çempionlar sonsuza qədər çempion olaraq qalır. Sizin kimi bir əfsanədən belə xoş sözlər eşitdiyimə görə qürur duyuram. Təşəkkür edirəm, Ali Daei”.

Qeyd edək ki, 2:2 hesablı heç-heçə ilə başa çatan Portuqaliya – Fransa oyunda dubl edən Kriştiano, yığmada qol hesabını 109-a çatdırıb və Əli Daenin dünya rekordunu təkrarlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...