Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Real Madrid”dən müsəlmanlara böyük jest

Madridin “Real” klubu Yaxın Şərq ölkələri üçün satışa çıxaracağı formanın üzərindəki emblemdən xaçı işarəsini çıxarmaq qərarı verib.
 
Qol.az-ın “El Confidencial” qəzetinə istinadən yaydığı xəbərə görə, formanın satış hüququnu alan, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Marka” şirkəti klubla razılaşdırmaqla istehsal edəcəyi formadan xaç işarəsini çıxaracaq. Bu formalar yalnız BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omanda satılacaq.
 
Razılaşmaya əsasən, “Real” dini səbəblərdən formadakı emblemindən xaçın çıxarılmasına razılıq verib.
 
“Bu bölgədə bir qədər ehtiyatlı olmaz lazımdır. Burada insanlar xaç işarəsinin olmasına həssasdırlar” – deyə şirkətin vitse-prezidenti Xaled əl-Mheri bildirib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...