Ronaldo karyeraya başladığı klubun sahibi oldu

Sabiq braziliyalı hücumçu, ikiqat dünya çempionu Ronaldo Braziliyanın "Kruzeyro” klubunun səhmlərinin 90 faizini satın alaraq komandanın sahibi olub.
Bu barədə klubun saytı xəbər verib.
Bu müqavilə keçmiş futbolçuya təxminən 70 milyon dollara (119 milyon manat) başa gəlib.
"Kruzeyro” Ronaldonun ikinci klubu oldu. O, həmçinin İspaniyanın "Valyadolid” klubunun sahibidir.
Qeyd edək ki, 1993-cü ildə Ronaldo 50 000 dollarlıq transfer müqabilində "Kruzeyro” ya keçib. Bu klubda 1993-cü ilin iyulundan 1994-cü ilin avqustuna kimi o, 57 qol vuraraq (onlardan 44-ü rəsmi matçlarda) klubun ən yaxşı bombardiri olub, bu da Avropa klubları arasında ona diqqətin artmasına gətirib. Belə bir başlanğıcdan sonra Ronaldo 1994-cü ildə "PSV”yə (Hollandiya) keçib və buradan da onun Avropa karyerası başlayıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1141 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1082 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1075 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1071 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1058 dəfə oxunub