Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Mynews.az xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.
Beləliklə, Maks Ferstappen ilk dəfə Bakıdakı yarışda qalib adını qazanıb. Ötən il onun komanda yoldaşı Serxio Peres finişə birinci çatdığı üçün "Red Bull" ardıcıl ikinci dəfə Bakıdakı yarışda qalib olub.
"Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan pilotu Kevin Maqnussen, "Alfa Romeo"nun üzvü Çjou Quanyuy və "Aston Martin"dən Lans Stroll yarışı sonadək davam etdirə bilməyib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1116 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1112 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1111 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1061 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1056 dəfə oxunub
loading...