"Real Madrid" Marselo ilə yollarını ayırdı
İspaniyanın "Real Madrid" klubu futbolçusu Marselo ilə yollarını ayırıb.
Braziliyalı müdafiəçi ilə vida tədbirində "kral klubu"nun prezidenti Florentino Peres də iştirak edib.
15 ildir komandada çıxış edən "sambaçı" ilə müqavilə uzadılmayıb. Marselo paytaxt komandasında son oyununu Çempionlar Liqasının finalında 1:0 hesabı ilə qalib gəldikləri İngiltərə "Liverpul"una qarşı keçirib. Klubun heyətində ümumilikdə 545 oyuna çıxan təcrübəli futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 dəfə İspaniya çempionluğu, 5 dəfə ölkə Super Kuboku, 2 dəfə UEFA Super Kuboku və 5 dəfə Çempionlar Liqası titulları var.
Qeyd edək ki, Marselonun karyerasını Türkiyə, Çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir.Узнать больше
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1110 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1020 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 938 dəfə oxunub