Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən yüksək maaş alan futbolçusu olacaq

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Mynews.az-ın Apasport.az-a istinadən məlumatına görə, argentinalı hücumçu Kataloniya klubunun illik 40 milyon avro təklifi müsbət cavablandırıb.

Xəbərdə qeyd olunub ki, başqa klubların da maraqlandığı Messini komandada saxlamaq üçün “Barsa” ona rekord məbləğdə maaş ödəməyə razı olub. Növbəti müqavilənin müddəti 2022-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Xatırladaq ki, hazırda dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Tevesdir. 32 yaşlı futbolçu “Şanxay Şenxua” klubunda ilə 37,5 milyon avro alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...