Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çempionlar Liqasında növbəti oyunlar keçirilib - FOTOLAR

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” və “Telekom” klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

Mynews.az-ın xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu “Azərreyl” dördüncü tur çərçivəsində Fransada “Sen-Rafael” komandası ilə qarşılaşıb. Görüş “Azərreyl”in qələbəsi ilə başa çatıb-3:1. Qrupun digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.

Beləliklə, üç oyundan sonra doqquz xal yığan Türkiyənin “Fənərbağça” komandası qrupda liderdir.

“Azərreyl” altı xalla ikinci, “Dombrova Qurniça” üç xalla üçüncü, xalı olmayan “Sent-Rafael” dördüncü pillədə qərarlaşıb.

Turnirdə “A” qrupunda mübarizə aparan “Telekom” isə “Modena”nın (İtaliya) qonağı olub. Qarşılaşmada ev sahibləri hər üç seti qələbə ilə başa vurublar. Qrupun digər oyununda İtaliyanın digər təmsilçisi “İmoko” Polşada “Ximik”ə qalib gəlib-3:2.

Üç turdan sonra “Modena” səkkiz xalla birinci, “İmoko” altı xalla ikinci, “Ximik” dörd xalla üçüncüdür. Aktivində xal olmayan “Telekom” isə qrupda sonuncu pillədə yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...