Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.  

Mynews.az xəbər verir ki, iclasda klubun icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalyadakı hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər. Həmçinin “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırkı maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.

İclasda "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...