Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Messi hakimi təhqir etdiyi üçün oyundan kənarlaşdırıla bilər - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi FİFA tərəfindən oyundan kənarlaşdırıla bilər. 
 
Mynews.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 
 
Daha öncə Messinin Dünya çempionatının seçmə turunda Argentina və Çili yığmaları arasında matçda (1:0) hakimlərdən birini təhqir etdiyi barədə məlumat yayılmışdı. FİFA-dan həmçinin bildirilib ki, hadisədən sonra Argentina Futbol Assosiasiyasına (AFA) hadisəni araşdırmaq üçün müraciət edildiyi deyilib.
 
AFA bildirib ki, bu iddia üçün əsas görmürlər. O zaman FİFA bu oyunda hakimlik edən Braziliya hakimlər briqadasına müraciət edib. Onların hamısı Messidən təhqiramiz sözlər eşitdiklərini söyləyiblər.   
 
Bununla yanaşı, FİFA futbolçunun yolverilməz davranışı hakimlər tərəfindən təsdiqlənməsə belə, təşkilatın futbolçunu oyundan kənarlaşdırma hüququ olmasına dair AFA-ya xəbərdarlıq etmişdi. 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...