Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ" böyük komandadır

"Qarabağ"ın hücumçusu Dino Ndlovu Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyundan sonra (1:1) fikirlərini bölüşüb.

Mynews.az-ın goal.az-a istinadən xəbər verir ki, görüşdə komandasının bərabərlik qolunu vuran forvard bunları deyib:

""Neftçi"ylə oyunda iki xal itirdik. Çünki öz meydanımızda oynayırdıq. "Neftçi" - "Qarabağ" matçı Azərbaycan üçün derbi sayılır və əhəmiyyətli bir oyundur. Fikrimcə, "Neftçi" hər zaman yaxşı komanda olub. Rəqib heyətinə yeni futbolçular cəlb edib. Oyuna çox yaxşı motivasiya ilə çıxmışdılar. Artıq növbəti oyunları düşünməliyik.

"Qarabağ" böyük komandadır və bura həmişə yeni futbolçular gəlir. Komandaya cəlb edilən futbolçularda yaxşı keyfiyyətlər axtarılır. Yəqin ki, məndə də bu keyfiyyətləri görüblər və transfer ediblər. Mən də etimadları doğrultmağa çalışıram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...