Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UEFA-nı saxtakarlıqda günahlandırdılar - “Real” – “Atletiko” cütünə görə

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin püşkünün nəticəsi əvvəldən planlaşdırılıb. 

Mynews.az xəbər verir ki, belə bir iddia ilə İspaniyanın məşur AS nəşri çıxış edib. Bu mətbu orqandakı həmkarlarımız püşkü çıxaran əfsanəvi uelsli futbolçu Yna Raşın hərəkətindən şübhələninlər. 

Məsələ ondadı ki, ÇL-də 2016/17 finalının nümayəndəsi kimi şarları səbətdən çıxaran "Liverpul"un keçmiş hücumusu "Real"ın adını çıxarandan sonra səbətdəkiləri qarışdırmayıb. O, dərhal növbəti şarı çıxarıb ki, orada "Atletiko"nun adı göstərilib.

İspaniya mətbuatında belə mülahizə var ki, UEFA finalda növbəti Madrid duelinin mümkünlüyndən qaçmaq istəyib. Jurnalistlər hesab edir ki, şarlara termik cəhətdən təsir göstərilb. 

Xatırladaq ki, "Real"la "Atletiko" son 3 ildə 2 dəfə finala oynayıb və hər ikisində "Kral klubu" qalib olub. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...