Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cüdo millimiz Avropada rusvay oldu - ŞOK SƏBƏB

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb. Fanat.Az xəbər verir ki, son oyun günündə komanda yarışlarında mükafatçılar müəyyənləşib.

Millimiz 1/8 finalda Monteneqronu yenib (5:0), 1/4 finalda Fransaya uduzub (2:3). Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1. 

"Bürünc" yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç çəkidə idmançılarımız qələbə qazanıb. Bundan sonra yığma rəhbərliyi artıq bürünc medalların təmin olunduğunu düşünüb. Çünki son 2 cüdoçumuz udusaydı belə hesab 3:2 olacaqdı ki, bu da "bürünc" üçün yetərli idi. Amma bu zaman onlar qaydaların dəyişməsindən xəbərsiz olub. Bklə ki, 4-cü döyüşçümüz Məmmədəli Mehdiyev tatami üzərinə çıxsa da, daha sonra döyüşdən (rəqibə hücum etməkdən) imtina etdiyi üçün "Hansoku Make" ilə diskvafilikasiya olunub. Nəticədə bütün komandamız diskvalifikasiya edilib və rəqib Ukrayna millisinə 5:0 hesablı texniki qələbə verilib. Nəticədə milli komandamız bürünc medallardan da məhrum olub.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...