Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı ən yaxşı gənc şahmatçılar arasında - FOTO

Azərbaycanlı yeniyetmə şahmatçı Elvin Baimin adı 2017-ci ilin aprel ayı üçün yaşıdları kateqoriyasında 100 ən yaxşı şahmatçının yer aldığı siyahıya düşüb. 

Mynews.az 1news.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Şahmat Federasiyasının reytinqi üzrə Elvin 1426 xal ilə 56-cı yeri tutur.

Qeyd etmək lazımdır ki, bu siyahıda Amerikadan olmayan yalnız iki şahmatçı yer alır.

Elvin Baim Azərbaycanda bir sıra populyar informasiya saytlarının baş redaktoru olmuş Elnur Baimovun oğludur. Hazırda Baimovlar ailəsi ABŞ-da yaşayır. 

 Qeyd etmək lazımdır ki, Elvin Baim beynəlxalq dərəcəli qrossmeyster Ülvi Bacaraninin atası İlqar Bacaraninin yetirməsidir.  

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...