Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edən məşhur futbolçunun son mesajı tapıldı - "Ölüm səbəbi bu imiş"

"Qaziantepspor"un çex futbolçusu Frantişek Raytoralın özünü tavandan asmasının səbəbi aydınlaşır.

31 yaşlı sağ cinah futbolçusunun evində son mesajı tapılıb.

Məlumata görə, Türkiyə polisi futbolçunun evində tapdığı kağızın üzərində onun borclarını yazdığını aydınlaşdırıb. Frantişek Raytoralın sevgilisindən ayrıldığı üçün depresiyada olması ilə bağlı iddiaları da araşdıran polis hələlik heç bir fakt tapmayıb.

Çexiya mətbuatı isə futbolçunun vətənində "xroniki yorğunluq" və "tükənmişlik sindromu"ndan müalicə olunduğunu yazıb.

Qeyd edək ki, Frantişek Raytoral bu mövsümün əvvəlində "Viktoriya"dan "Qaziantepspor"a 500 min avroya transfer olunmuşdu. O əvvəllər Çexiyanın "Marila", "Banik" və Almaniyanın "Hannover" klublarında çıxış edib. 31 yaşlı oyunçu Çexiya millisində 14 oyun keçirmişdi. O, yayda "Qarabağ"a qarşı oyun üçün Bakıya da gəlmişdi.

Son Dəqiqə! İntihar edən məşhur futbolçunun son mesajı tapıldı: "Ölüm səbəbi bu imiş"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...