Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib
AFFA İntizam Komitəsi I Divizionda XXV turun “Energetik” – “Bakılı” matçında baş vermiş qalmaqalla bağlı qərarlarını açıqlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, insident görüşün 61-ci dəqiqəsində iki komandanın oyunçuları arasında baş verib.
Nəticədə “Energetik”dən Elçin Qasımov ikinci sarı, “Bakılı”dan Ravil Məhəmmədov rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş hakim Qorxmaz Eldarov isə oyunu dayandırıb. Görüş 15 dəqiqə sonra bərpa edilib.
İntizam Komitəsi Məmmədovu 3 oyunluq cəzaya, klubunu 160 manat cəriməyə, Elçin Qasımovu 1 oyunluq cəzaya, klubunu 20 manat cəriməyə məruz qoyub. Eldarovun isə görüşü əsassız olaraq dayandırdığı qənaətinə gəlinib.
Bu səbəbdən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru Qabil Nərimanov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmalıdır.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 917 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 600 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 591 dəfə oxunub