Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz böyük hesabla uduzdu

Monteneqronun Podqoritsa şəhərində keçirilən 17 yaşadək futbolçular arasında UEFA İnkişaf turnirində II turun oyunları keçirilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi bu dəfə meydan sahibləri ilə qarşılaşıb.

İlk oyunda Bosniya və Herseqovinadan 3 cavabsız qol buraxan yığmamız yenə meydanı başıaşağı tərk edib. Belə ki, Mirbağır İsayevin yetirmələri yenə eyni hesablı məğlubiyyətə üzülüb – 0:3.

Qeyd edək ki, turun digər oyununda Qazaxıstan Bosniya və Herseqovinanı məğlub edib – 2:1.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...