Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Facebook” istifadəçilərinin sayı açıqlandı

“Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur. 

Mynews.az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib.    

Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır.  

“2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu “Facebook“” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib. 

Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur. 

KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi “Facebook”dan istifadə edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...