Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı gənclər avtomobil qəzalarının qarşısını alan eynək düzəldiblər - VİDEO

Azərbaycanlı gənclər sükan arxasında yuxulayan sürücülərin törətdiyi avtomobil qəzalarının qarşısını almaq üçün yeni eynək düzəldiblər.

Mynews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, onların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3 saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...