Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sim kartlar və mobil telefonlarla bağlı yeni qərar - qanun dəyişikliyi

Azərbaycanın “Telekommunikasiya haqqında” qanununa əlavə və dəyişikliklər təklif edilib.

Mynews.az  APA-ya istinadən xəbər verir ki, qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir.

Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...