Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Feysbukdan daha bir - YENİLİK

Yeni inkişaf etdirilən süni zəka texnologiyası sayəsində Feysbuk sosial şəbəkəsindən istifadə edənlərin paylaşımları 9 müxtəlif dilə sürətli tərcümə olunacaq.

Feysbukdan verilən rəsmi açıqlamada, şirkətin hazırda 45 fərqli dildə tərcümə xidməti təqdim etdiyi bildirilib. Feysbuk mühəndislərinin sözlərinə görə, "CNN" adı verilən sistem üsulu ilə insan beyninə bənzəyən süni sinir sistemi inkişaf etdirilir.

Sözügedən yeni texnologiyanın köməyilə paylaşımlar daxilindəki sözlər yox, bütöv bir cümlə sürətli şəkildə tərcümə olunacaq. Bura müxtəlif dillərdə olan sabit söz birləşmələri də daxildir.

Feysbuk bu yenilik vasitəsilə dünya miqyasında istifadə olunan dilləri və müxtəlif dövlətlərin vətəndaşlarını bir-birinə yaxınlaşdıracaq. Yeni texnologiya sayəsində Feysbuk istifadəçiləri paylaşdıqları mesaj və video materialları istədikləri dildə qoya biləcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...