Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"WhatsApp" və "Skype" məhdudiyyətlər tətbiq edəcək - AÇIQLAMA

“Bir neçə gündür ki, "WhatsApp" və "Skype" ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib”.

Mynews.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi ilə bağlı çoxlu müraciətlər alıb: "Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər tənzimləyici qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur. Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Eyni zamanda, texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı - ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...