Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada “Transformers” LADA hazırlandı - VİDEO

Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul “LADA (VAZ) 2110” model avtomobildən dünyaca məşhur olan “Transformers” filmindəki robotun bənzərini yaradıblar.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib.

Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb:
“Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan “Transformers” oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb”.

Gennadi Koçerga sözügedən robot-avtomobilə “Optimus Gennadieviç Praimov” adı verdiyini söyləyib:

“Hazırladığımız "Transformers”ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...