Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Nissan" 42 mindən çox avtomobili geri çağırdı - Yeni modellərdə qüsur var

"Nissan" şirkəti 42 mindən çox avtomobili geri çağırıb.

Qərar avtomobilin kuzovunun arxa şüşəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin noyabrından 2015-ci ilin iyununadək Rusiyada satılmış "Almera" modellərinə şamil olunur.

Həmin avtomobillərdə arxa şüşənin kuzovdan aralanması kimi qüsurlar meydana çıxıb.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Digər modellərdə də qüsurların olduğu istisna edilmir. Şirkət hazırda bu sahədə araşdırma aparılır. Yeni modellərin bir çoxlarında bu cür qüsurların olduğu təxmin edilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...