Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"WhatsApp"da növbəti YENİLİKLƏR

Populyar "WhatsApp" messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər. 

Bildirilir ki, artıq şəkil, video çarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında "açıq", "ağ-qara", "soyuq", "xrom" və "plyonka" filtrləri mövcuddur.

"iPhone" sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq. 

Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...