Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Apple” 89 minə yaxın “iPhone 6s” smartfonunu geri çağırdı

“Apple” şirkəti Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) 88 min 700 ədəd “iPhone 6s” smartfonunu geri çağırıb.

Mynews.az Technote.az-a istinadən xəbər verir ki, bunun səbəbi isə sözügedən model telefonlardakı batareyalarda olan nasazlıqdır. 

Nəticədə, həmin nasazlıq smartfonların funksionallığına mane olur. Şirkət artıq BƏƏ-nin İqtisadi Nazirliyinə məktub göndərib. 

Məktubda şirkət yaranmış problemin məğzini və “iPhone 6s” istifadəçilərinə smartfon tərəfdən heç bir təhlükənin olmadığını qeyd edib. 

Sözügedən problem isə ondan ibarətdir ki, batareyanın enerji ehtiyatı 50-60%-ə düşəndən sonra smartfon avtomatik olaraq sönür.

Bu problem 2015-ci ilin sentyabrından oktyabrına kimi Çində istehsal olunmuş “iPhone 6s” modellərində rast gəlinir. Həmin vaxt intervalında neçə ədəd smartfonun istehsal olunduğu isə məlum deyil. Lakin göstəricinin 89 minə yaxın olduğu dəqiqdir. 

Qeyd etmək lazımdır ki, şirkət sözügedən problemi keçən ilin noyabrında öyrənmişdi. Həmin vaxtda şirkət nasaz olan batareyaların pulsuz dəyişilməsi proqramını istifadəyə vermişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...