Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dənizi alt-üst edəcək "canavar" - FOTOLAR

Qurudakı rəqabət suya keçir

Dünyanın ən böyük maşın istehsalçılarından olan "Lexus" asfaltdakı rəqabəti dənizə daşıyır. İstiPress-in məlumatına görə, "Lexus" uzun müddət davam edən hazırlıqdan sonra "Sport Yacht" konseptini təqdim edib. Markanın yaxın zamanda istehsalına başlamağı planlaşdırdığı yaxtada diqqətçəkən texnoloji yeniliklər də var. 

12,3 metr uzunluğu olan yaxta karbon fiber hissələrdən ibarət olacaq. Bu isə standart bir yaxtadan daha yüngül olmaq deməkdir. "Sport Yacht"ın bir hissəsi isə gücləndirilmiş plastik parçalardan ərsəyə gələcək.

Dəridən olan kabinada masa, kondisioner, soyuducu, soba, hamam otağı da var. 

"Sport Yacht" konseptinde "RC F Coupe", "GS F" və "LC500" modellerində də olan 5.0 litr həcmli 8 silindirli mühərrik yerləşdirilib. 440 at gücündəki mühərrik saatda 80 km sürət yığa biləcək. 

"Sport Yacht"ın ilk olaraq Yaponiyada satışa çıxarılması planlaşdırılır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...