Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Galaxy J5 (2017)” – Plastik keçmişdə qaldı

Korpusu, əsasən, metaldan olan birinci mobil telefonları, yəqin ki, hamı xatırlayır, qabarıq və ağır olan bu telefonlar davamlı və uzunömürlü idilər. Yeni “Galaxy J (2017)” seriyasının zərif və premial dizaynı ilə bərabər, “Samsung” bizə dözümlülük  və uzunömürlülük hissiyyatını geri qaytardı.  “Samsung”un təqdimatında metal korpus müasir dizayn, axarı cizgilər, incə forma və dayanıqlıq deməkdir.

Yeni məhsul xəttinin təmsilçisi “Samsung Galaxy J5” elementləri birbirinə “kilidlənmiş”,  qüsursuz, “aralıqları olmayan” tam metal korpusdan ibarətdir.  

Bu cür metal korpus əllərinizə yay aylarında, sözsüz ki, müsbət cəhət olan “soyuqluq” bəxş edir və zərif  metalın hissiyyatını yaşadır. Metal üzlüyünə baxmayaraq, korpusun eni 8 mm, çəkisi isə 160 qramdır. “Samsung Galaxy J5”-in yuvarlaq bucaqları smartfonu daha incə göstərir, korpusun arxa panelinin yuxarı və aşağı kənarlarında yerləşən plastik kantlar isə metal dizaynın üstünlüyünü vurğulayır. Bu xətlərin əsas təyinatı şəbəkə antenasının daha yaxşı funksionallığını təmin etmək olsa da, bu kantlar smartfonun dizaynına xüsusi gözəllik qatır.

Smartfonun ön hissəsində icazəsi 1280x720  olan  5,2”-li  Super AMOLED HD  displey yerləşir. Bu displey kir və yağ əleyhinə oleofob örtüklə təchiz olunmuş, 2.5D möhkəmləndirilmiş  şüşə ilə örtülüb. Həmçinin burada 13 MP kameralardan biri də yerləşir. “Samsung Galaxy J5”-in frontal kamerası LED flash və yaxşılaşdırılmış F/1.9 diafraqması sayəsində hətta zəif işıqlanma şəraitində belə daha aydın və daha dəqiq detalizasiyalı selfilər çəkməyə imkan yarardır. PALM Selfie funksiyası isə tək bir hərəkətlə şəkil çəkməyə kömək edir ki, bunun üçün siz, sadəcə, əlinizin içini  kameraya “göstərirsiniz”. Smartfonun əsas kamerası qabarıqlıq yaratmadan tam şəkildə korpusa “yerləşdirilmişdir”. 13 Mp icazəli və F/1.7 aperturalı  bu kamera  hətta zəif  işıqlandırılma şəraitində də qüsursuz şəkillər çəkir, intuitiv başa düşülən (anlaşılan) interfeysi və “çəkim” düyməsinin ekran boyunca hərəkət etməsi (yerinin sizə uyğun olaraq dəyişilməsi) sayəsində  isə bir əllə rahat şəkillər çəkməyə imkan yaradır. Tətil şəkilləriniz həmişəkindən daha dəqiq və aydın olacaq, “Galaxy J5 (2017)” foto həvəskarları üçün əsl tapıntıdır.

Metal “dəbilqə” altında J5-in səkkiz nüvəli prosessoru döyünür.  Prosessorun işləmə tezliyi 1.6 Qhz, RAM isə 2 QB təşkil edir. Smartfonun daxili yaddaşı isə 16 QB-dır və micro SD kart vasitəsi ilə 256 Qb-a qədər artırıla bilər.  Əlavə olaraq, yaddaş kartı ilə birgə smartfon ikinci SİM kartı da dəstəkləyir. Cihazın təhlükəsizliyi də artırılmışdır, indi “J5” smartfonu şəxsi məlumatlarınızın daha yüksək şəkildə qorunması üçün ən sürətli barmaq izi skanerlərinin biri ilə təchiz olunub.

“Samsung Galaxy J5” metal və funksionallığın zərif  birləşimidir. Həmçinin qeyd etmək lazımdır ki, bu smartfonu artıq Azərbaycanda da əldə etmək olar. Yeni “J” seriyalı smartfonları artıq: “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home”, “Maxi.az” və “Soliton” mağazalar şəbəkəsində əldə etmək olar.

*Diqqət! “Samsung” smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...