Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çin “WhatsApp”ı blokladı

Çin hökuməti “WhatsApp” messencerini qismən bloklayıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, istifadəçilər bir-birinə foto və video göndərə bilmirlər.

Nəşr yazır ki, bloklanmanın təşəbbüskarı ölkə hökuməti olub. Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər xəbəri təsdiqləyiblər. Onların dediyinə görə, bu, dövlət internet filtrlərinin fəaliyyəti nəticəsində yaranıb.

“WhatsApp” nümayəndəsi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Çin sosial şəbəkələrə qısqanc münasibəti ilə seçilən ölkələrdəndir. “Google”, “Flickr”, “Dropbox”, “Facebook”, “Twitter”, “YouTube” və qismən “Vikipediya” Çində bloklanıb. Vətəndaşlar bunların Çin analoqundan istifadə edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...