“Google” şirkəti yeni axtarış sisteminə keçir
“Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib.
Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, - deyə “Google” təmsilçisi söyləyib.
Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1141 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1129 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1129 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1127 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1015 dəfə oxunub