Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Apple” audiopleyerlərinin istehsalını dayandırıb

“Apple” korporasiyası “iPod nano” və “iPod shuffle” audiopleyerlərinin istehsalını dayandırıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, şirkət saytında bu məhsulların səhifəsinə olan istinadlar istifadəçiləri əsas səhifəyə yönləndirir. Hələ ki məhsullar mağazalardan yığışdırılmayacaq.    

Şirkət 32 və 128 Gb yaddaşa malik “iPod touch” pleyerlərini buraxmağa davam edəcək. Bu cihazların qiyməti müvafiq olaraq 199 və 299 dollara qədər endirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...